Mikayıl Cabbarov keçmiş müdirə vəzifə verdi - Təyinat

img

21-09-2016 [14:39]


Sumqayıt şəhər təhsil şöbəsinin keçmiş müdiri Vidadi Bağırov Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsində sektor müdiri təyin edilib.

Bu barədə V.Bağırov özü məlumat verib. 

O, bir həftədir ki, vəzifəsinin icrasına başladığını deyib(azvision).

Qeyd edək ki, V.Bağırov 1989-cu ildən 1997-ci ilə qədər Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri şöbəsində çalışıb. 1997-ci ildə isə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 22 oktyabr 2012-ci il tarixində bu vəzifədən öz istəyi ilə azad olunub. Bir müddət Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Daha sonra isə Qafqaz Universitetində təhsil müəssisələri ilə iş şöbəsinin müdiri olub. O, 2009-cu ildə "Əməkdar müəllim” fəxri adına layiq görülüb, eyni zamanda "Tərəqqi" medalçısıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA