"Beş daimi üzv qərarlar verə bilmir” - Ərdoğan BMT-nin tribunasından səsləndi

img

21-09-2016 [00:27]


Türkiyə prezidenti Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı təşkilatda, xüsusilə, təhlükəsizliyin təminatına dair qərarların qəbulu sahəsində islahatların keçirilməsinin vacibliyini qeyd edib.  

"BMT-də islahatların vaxtı çatıb. Bu baxımdan baş katib Pan Qi Mun tərəfindən bundan əvvəl irəli sürülən təşəbbüslər çox mühümdür. İlk növbədə təhlükəsizliyin qorunması sahəsində qərarların qəbulu sistemində islahatlar keçirilməlidir. BMT TŞ-nin beş daimi üzvü təklikdə bu cür qərarlar verə bilmir”, – deyə, Ərdoğan bildirib.   

Ərdoğan həmçinin qeyd edib ki, "Ərəfat qalxanı” əməliyyatının məqsədi Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasıdır(APA).

Mia.az xəbər verir ki, Ərdoğan çıxışnda Qafqaz regionundakı münaqişələrə də qısa da olsa, toxunub və bu münaqişələrin hər an alovlana biləcəyini də söyləyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA