Obama Lavrova problem yaradıb - BMT-də tədbirə gedərkən (FOTO)

img

20-09-2016 [21:15]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT binasına qədər yolu piyada getməli olub.

Məlumata görə, bu gün BMT Baş Assambleyasının 71-ci sesiyası işə başlayıb.

Nyu-Yorkun Manhetten ərazisindəki küçələr ABŞ prezidenti B.Obamanın gəlişi ərəfəsində hərəkət üçün bağlanılıb. Buna görə də tıxaca düşən S.Lavrov avtomobilindən düşərək, BMT iqamətgahına qədər olan yolu piyada getməli olub.

ABŞ prezidentinin özü də iclasa gecikib. Buna görə də sesiyada fasilə verməmək üçün, onun yerinə Çad prezidenti İdrisu Debi çıxış edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA