Həkimlərin maaşı qalxacaq - Yeni qanun

img

20-09-2016 [16:11]


Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanalarına mövcud vəsaitdən 2 dəfə çox əlavə vəsait daxil olacaq.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev bildirib ki, əgər maliyyə vəsaiti artacaqsa, deməli, həkimlərin əmək haqqı da artacaq.

Onun sözlərinə görə, xəstəxanada çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişiləcək: "Həkimin xəstələrinin sayına müvafiq olaraq gəlirləri müəyyən ediləcək. İcbari tibbi sığorta sistemində ödənişlər adambaşına olacaq. Bu isə həkimlərin əmək haqlarının artımına səbəb olacaq. Xəstəsi çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcəklər”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA