Hokumətin yeni qərarı masada: "10 min dollaradək krediti olanlara güzəşt ediləcək"

img

20-09-2016 [14:37]


Azərbaycanda böyük kredit aminitiyası gözlənilr. Belə ki, 10 min  dollara qədər kredit borcu olanların borcları  indiki məzənnə ilə deyil, köhnə məzənnə ilə (1 dollar 1.05 qəpik) ilə hesablanacaq.

Mia.az xəbər verir ki, belə bir iddianı İstiqlal.az saytı yayıb.

Saytın xəbərinə görə, bu, 20 dekabr 2015-ci il tarixə qədər kredit götürənlərə şamil ediləcək.

Məlumata görə, bu həftə bununla bağlı prezident sərəncamı veriləcək: "Bununla bağlı layihə artıq hazırdır. Layihə Maliyyə Bazarlarına Nəzarət Palatası və prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik etdiyi işçi qrupla birgə hazırlanıb. Layihədə dollar kreditlərinə güzəşt müqabilində banklara dövlət təzminatının mexanizmi də əksini tapıb".

Məlumata görə, 10 minədək olan dollar kreditlərinin kompensasiyası belə olacaq:

"Dollarla borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Mərkəzi Bankın simasında dövlət qarşılayacaq.  360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacibdir.  Hesablamalara görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində Mərkəzi Bank tərəfindən əldə olunmuş həmin 5 milyard manatın bir hissəsi çıxış edəcək".

Hazırda layihə üzərində son dəqiqləşmələr aparılır: "Ola bilsin ki, dollar krediti olanlara daha çox güzəştlər nəzərdə tutulsun".

Onu da qeyd edək ki, bank sektorunda problemli kreditlərin ümumi məbləği 1.5 milyard manatı aşır (Beynəlxalq Bankın kreditlərini çıxmaq şərti ilə). Təxminlərə görə, bunun 1/3-i vətəndaşların payına düşür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA