Ağdama zirehli texnika yeridildi - Ermənilər ərazimizdə təlim keçirir

img

20-09-2016 [14:20]


Erməni silahlı qüvvələri Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıb.

Müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam şəhərində zirehli texnika və artilleriya qurğularından istifadə etməklə təlim keçir.

Ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz və tüstü dumanı təmas xəttindəki kəndlərdən görünür. 

Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA