Səlim Müslümovun qəbul günü dəyişdi - Nazirlikdən xəbərdarlıq

img

19-09-2016 [23:42]


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Tərtər rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 23-dən sentyabrın 22-nə keçirilib.

Mia.az Nazirliyə istinadən xəbər verir ki, S.Müslümov həmin gün saat 10:00-da Tərtər rayonunda Gənclər mərkəzində bu rayonun və Ağdam, Bərdə, Ağcabədi, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin info@mlspp.gov.az elektron poçt ünvanı və ya (020) 205-41-19 telefon nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətlərin araşdırılaraq cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA