19-09-2016 [17:59]
Heç bir smart-televizorun, noutbukun, mobil telefonun və planşetin sahibi onun veb kamerasına qanunsuz girişdən qorunmayıb.
Bu haqda virtualaz.org-a informasiya təhlükəsizliyi sahəsində məşhur Rusiya eksperti, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 8-ci idarəsinin rəis müavini olmuş Mixail Yemelyannikov Edvard Snoudenin şəxsi həyata izləmə və müdaxilə olmasın deyə, kompüterdəki kameranı yapışqanla bağlamaq çağırışını şərh edərkən deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Amerika xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snouden özünü qlobal izləmədən qismən də olsa qorumaq istəyənlərə bir neçə tövsiyə vermişdi. Snouden xüsusən də noutbukların və fərdi kompüterlərin əksəriyyətinə quraşdırılmış veb-kameranı yapışqanla bağlamağı məsləhət görmüşdü.
Mixail Yemelyannikovun fikrincə, şübhəsiz, avadanlıqda istənilən kameradan və rəqəmli texnologiya sistemlərindən gizli izləmə üçün istifadə etmək olar. Başlıca məsələ başqa şeydədir - texnikanın istehsalçısı gizlicə baxmaq və qulaq asmaq üçün proqramı ora əvvəlcədən qoyub, yoxsa o, avadanlığa sonradan quraşdırılıb?
Belə proqramlar bizim noutbuklarımıza, kompüter və smartfonlarımıza sonradan alınmış və ya yüklənmiş, tamamilə qanuni olan başqa proqramlar, oyunlar və s. vasitəsi ilə də nüfuz edə bilir.

Elektron poçta, xüsusən də Gmail-ə gəlincə, bu, informasiyanın hansısa şəxsdən və ya bütöv təşkilatdan oğurluğu üçün "cənnətdir". İstifadəçi xəbəri (mesajı) və ya məktubu uzaqlaşdırarkən o yalnız "silinib” nişanını görür. Əslində isə heç nə silinmir. Təcrübədə belə hallar çox olub. Məsələn, ispan istifadəçi Facebook administrasiyasına müraciət edərək özünə aid bütün xəbər və mesajları ona verməyi xahiş edib. Onun xahişinə əməl olunub. Ancaq xəbərlərlə tanışlıqdan sonra məlum olub ki, ona verilən bir çox xəbər (mesaj) vaxtilə "silinib” sözü ilə işarələnibmiş.
Elektron poçtlardan, WhatsApp messencerlərindən, Viberdən və başqalarından köçürmələri-yazışmaları ələ keçirmək o qədər də çətin deyil və xüsusi zəhmət tələb etmir. "Əslində bizi təsəvvür etdiyimizdən daha çox izləyir və dinləyirlər”, - deyə ekspert vurğulayır.

Məsələ ondadır ki, qeolokasiya sistemi, hansı ki, biz telefonu söndürəndə elə bilirik sönür, əslində sönmür. Rəqəmli texnologiyaların istifadəçilərinə "yoldan çıxmağa” xüsusi cəhd etmək lazım deyil. Çünki əgər Azərbaycan, Rusiya, Koreya və ya hansısa bir başqa ölkə sakininin telefonuna uyğun olan proqram tətbiq etməyi bacaracaqlarsa, onda dünyanın istənilən nöqtəsindən onu izləmək, danışıqlarına qulaq asmaq və onun yazışmalarını oxumaq mümkün olacaq. Belə casus proqramları internetdən və ya CD mağazalarından alınmış proqram və ya oyunlar vasitəsilə noutbuklara və telefonlara tamamilə qanuni şəkildə də düşə bilər. Və ekspert xatırladır ki, təcrübədə belə qalmaqallı hallara dəfələrlə rast gəlinib.
Adi insanın dinləməni, yaxud müşahidələrin gizli videosunu mobil vasitə və ya noutbukla aşkar etmək şansı yoxdur. Müdaxiləni yalnız mütəxəssis, hansı ki, yüklənmiş proqramları və telefonun funksiyalarını anlamağı və araşdırmağı bacarır, o aşkar edə bilər. Demək olar ki, hər həftə rəqəmli avadanlığın dünya istehsalçılarının əlfəcinlərinin zəifliyi haqqında mesajlar peyda olur. Kompüterdən heç nə uzaqlaşmır, istifadəçi sadəcə faylı görmür, amma istəkdən asılı olaraq silinmiş (uzaqlaşdırılmış) sənədi sərt diskin yığınından çıxartmaq və oxumaq olar. Burada mürəkkəb heç nə yoxdur. Bundan başqa, hətta siz bir faylı yenidən yazırsınızsa, həmin mütəxəssisdə yığından başqa faylın izlərini çıxartmaq imkanı var. Faylın zəmanətlə silinməsi adi proses deyil. Ekspert deyir ki, məktub ancaq poçtun sahibindən gizlədilir.

Ekspert onu da qeyd edir ki, videokameranın plastırla bağlanması ticarət informasiyasına malik olan insanlar və şou-biznes ulduzları və s. üçün aktualdır. Əgər insan potensial maraq kəsb etmirsə, onda qlobal izləmənin müdaxiləsinin riskləri ilə yaşamağa öyrəşmək olar. Nəzərə almaq lazımdır ki, zərərverici proqram sms-lə, xəbər və mesajlarla, proqram təminatının yenilənməsi ilə birlikdə də gələ bilər, necə ki, bu, uranın zənginləşdirilməsi üzrə İranın mərkəzi fuqalarının başına gəlmişdi.
İran serverinə yeniləmə üzrə təklif gəlmiş, quraşdırmadan sonra mərkəzi fuqalar dağılmışdı.
Odur ki, etibarlı mənbələrin proqramlardan istifadə etmək lazımdır. Ən əsası pulsuz proqramlar və oyunlarla çox ehtiyatlı olmaq lazımdır. İnternetdə heç nə pulsuz olmur.
Hətta, əgər onlarda zərərverici məzmun yoxsa belə, tamamilə ola bilər ki, o, istifadəçisinin davranışı, xarakteri barədə məlumatların toplanması və bu informasiyanın reklam şirkətlərinə ötürülməsi üçün nəzərdə tutulub.
Ekspertin fikrincə, antivirus proqramları məlum casus proqramlarından qoruyacaq, amma konkret istifadəçinin izlənməsi üçün xüsusi olaraq təşkil edilmiş proqramlarda faydasızdır.
"Rəqəmli texnologiyaların istifadəçisini izləmək imkanları getdikcə daha da çoxalır, çünki İP-ünvanlı yeni kofe qaynadanlar, soyuducular meydana çıxır. Hər şey sizi izləyəndən - ABŞ Milli Təhlükəsizlik Agentliyindən, hansı ki, qlobal izləmənin xüsusi proqramını hazırlayıb; qadağan edilmiş təşkilatların ələ aldıqları hakerlərdən, rəqiblərdən və s. asılıdır”, - Yemelyannikov belə deyir.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi