Nazirlikdən “Medical Center”dəki ölüm faktına - Reaksiya

img

19-09-2016 [17:48]


Səhiyyə Nazirliyindən sentyabrın 17-də "International Medical Center” klinikasında baş verən ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ya mərhum Şəhla Əliyevanın yaxınları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə hadisə ilə əlaqədar araşdırma aparılması üçün müraciət etməlidirlər. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də Səhiyyə Nazirliyi özəl klinikdada baş vermiş bu hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Xatırladaq ki, sentyabrın 17-də "International Medical Center” klinikasında 25 yaşlı Şəhla Əliyeva əməliyyat zamanı vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA