19-09-2016 [16:28]
Bu gün AMEA Rəyasət Heyətinin binasında Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov tədbiri giriş nitqi ilə açaraq akademik Ədilə Namazovanı 90 illik yubileyi münasibətilə təbrik edib və Azərbaycan Prezidentinin alimə təbrik məktubu ünvanladığını xatırladıb. Akademik Ədilə Namazova öz növbəsində ona və Azərbaycan elminə göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib.
Sonra akademik Əhliman Əmiraslanov gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru Arif Mehdiyev "Narkotik asılılığın korreksiyasının yeni immünokimyəvi üsulu”mövzusunda elmi məruzə ilə çıxış edib. Arif Mehdiyev çıxışında narkotik asılılığın dünyada müxtəlif əhali qrupları arasında geniş yayıldığına görə tibbi problemdən sosial problemə çevrildiyini bildirib. Onun sözlərinə görə, narkotik asılılıq insanın mənəvi aləmini tükəndirir və sosial baxımdan təhlükəli şəxsiyyətə çevirir.
Daha sonra AMEA Rəyasət Heyətinin "AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyətlə əlaqələr üzrə müvafiq strukturların yaradılması haqqında” və "AMEA-nın Elm Tarixi Muzeyinin yaradılması haqqında”qərarlarından irəli gələn məsələlər müzakirə olunub. Ümumi yığıncağın qərarı ilə AMEA Mərkəzi Nəbatat Bağında İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Tədbirdə II Azərbaycan Elm Festivalının keçirilməsi haqqında AMEA Rəyasət Heyətinin qərarından irəli gələn bir sıra məsələlər müzakirə olunub.
İclasda AMEA Botanika İnstitutunun elmi katibi, b.ü.f.d. Xuraman Xəlilovaya yubileyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı təqdim edilib. Fiziologiya İnstitutunun Neyrofiziologiya laboratoriyasının rəhbəri, b.ü.e.d. Zakir Məmmədova isə 70 illik yubileyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanının təqdim edilməsi haqqında qərar verilib.
Daha sonra bir sıra kadr məsələləri müzakirə olunub.
Akademik İradə Hüseynovanın AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə ictimai əsaslarla rəhbərlik etməsi haqqında qərar verilib.
Biologiya üzrə fəlsəfə doktoru Sara Əliyeva AMEA Zoologiya İnstitutunun elmi katib vəzifəsinə təyin edilib.
Bundan əlavə, biologiya üzrə fəlsəfə doktoru Lalə Şirinova Zoologiya İnstitutunun Təhsil şöbəsinin, Şahzadə Mədətova isə institutun İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib.
Sonda Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi müavinləri və Büro üzvləri seçilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi