Prezident bu mədəniyyət xadimlərini təltif edib - SİYAHI

img

19-09-2016 [14:59]


Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görəZemfira Qafarova və Zəhraxanım Quliyevaya Prezidentin fərdi təqaüdü verilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib:

"Xalq artisti”

Şərifov Munis Məmməd İsmayıl oğlu

"Əməkdar incəsənət xadimi”

Kərimova Ülviyyə Oqtay qızı

Lalayev Əliqismət Hümmət oğlu

Səlimxanov Cahangir Talib oğlu

Yablonski Dmitri Albertoviç

"Əməkdar artist”

Abdullayev Nizami Ağabala oğlu

Bağırova Aybəniz Cavad qızı

Cəfərov Vasif Faiq oğlu

Növrəsli Nurlan Növrəs oğlu

"Əməkdar müəllim”

Manafov İkram Atabala oğlu

Orucova Məhin Əli qızı

"Əməkdar mədəniyyət işçisi”

Bədəlov Yanvar Piralı oğlu

Həsənov Zaman Hüseyn oğlu

Hüseynli Rauf Eyyub oğlu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA