Qeyri-sabit, yağızlı hava zəraiti bir neçə gün də davam edəcək

img

30-04-2010 [01:05]


Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidromeoroloji proqnozlar bürosundan verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 12-14? isti, axşam 8-10? isti olacaq. Mayın 1-də buludlu olacaq, arabir açılacaq. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 6-8? isti, gündüz 12-14? isti olacaq. Mayın 2-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin axşama doğru buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9? isti, gündüz 12-16? isti olacaq. Mayın 3-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 7-9? isti, gündüz 10-12? isti olacaq. Azərbaycanın rayonlarında mayın 1-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8? isti, gündüz 12-16? isti, dağlarda gecə 0-3? isti, gündüz 7-10? isti olacaq. Mayın 02-03-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli az yağış yağacağı, lakin 02-də axşam əsasən qərb rayonlarında, 03-də isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-9? isti, gündüz 13-17?, 03-də 9-13? isti, dağlarda gecə 3? şaxtadan 2?-dək isti, gündüz 4-7? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA