19-09-2016 [12:07]
Azərbaycan Dövlət İqtisad Universitetinin hazırkı rektoru Ədalət Muradovla sabiq rektoru, deputat Şəmsəddin Hacıyevin arasında daha bir konflikt şiddətlənib.
Artıq hazırkı rektor Ş.Hacıyevin ailə üzvlərinin təmsil olunduğu daha bir şirkəti məhkəməyə verib. Diqqətçəkən məqam budur ki, həmin məhkəmə prosesinə Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Bakı Şəhər İcra Hakimiyyəti əsas cavabdeh kimi, cəlb olunub.
Bu barədə Mia.az-a verilən məlumata görə, Ədalət Muradov rektor təyin olunandan sonra sələfinə qarşı ardıcıl basqılar edir.
İş o yerə çatıb ki, rektor Ş.Hacıyevin rəhbərlik etdiyi kafedranı iki yerə bölməklə yanaşı, deputatın rəhbərlik etdiyi kafedranın Sabailin ərazisindən yerləşən əsas korpusdan da çıxarıb:
"Bu yerdə nəzərə alaq ki, Şəmsəddin Hacıyev rektor postundan uzaqlaşdırıldıqdan sonra YAP Səbail rayon təşkilatının sədri seçilib. Ədalət Muradov isə onun rəhbərlik etdiyi korpusu Nərimanov rayonu ərazisində yerləşən korpusa köşürməklə, deputatın Səbaillə əlaqəsini də rəsmən kəsib.
Burada xüsusi bir məqamı da vurğulamaq lazımdır ki, Ş.Hacıyev pasport qeydiyyatı da Nəsimi rayonu ərazindədir. Yəni Ədalət Muradov bu addımı ilə deputatın YAP Səabil rayon təçkilatındakı gələcəyini də təhlükəyə atıb.
Xatırladaq ki, rayon təşkilatına üzv olmaq və ya rəhbərlik etmək üçün ya iş yerin, ya da pasport qeydiyyatın həmin rayona olmalıdır. Ancaq göründüyün kimi, Ədalət Muradov deputatın iki variantdan birinin uyğun gəldiyi iş yerini Nərimanovun ərazisinə köçürməklə, Hacıyevin YAP-dakı vəzifəsinin legitimliyini də təhlükəyə atıb”.
Mətləbə qayıdan müsahibimizin sözlərinə görə, Ədalət Muradov bu dəfə də Hacıyev və ailə üzvlərinin rəhbərliyində təmsil olunduğu "İqtisadçı-2005” MTK-ya qarşı məhkəmə iddiası qaldırıb.
Qeyd edək ki, sözügedən MTK Ş.Hacıyevin rektorluğu dövründə universitetin müəllimləri üçün yüksəkmərtəbəli bina tikintisi məqsədiylə yaradılsa da, həmin MTK-nın maliyyə işlərinə sabiq rektorun baldızı qızı Milana nəzarət edib:
"Diqqətçəkən məqamlardan biri də odur ki, bu MTK Bakının "Şamaxınka” deyilən ərazisində universitetin evə ehtiyacı olan müəlimlərinə ev tikmək üçün yaradılsa da, sabiq rektor həmin binada universitetə aidiyyatı olmayan kənar şəxslərə, o cümlədən deputatlara, baş nazirin müavinlərinin övladlarına qədər mənzil verib. O binadan hazırda həbsdə olan rabitə nazirinin aparat rəhbəri Vidadi Zeynalova qədər evlə təmin olunub.
Üstəlik, binanın tikintisi məqsədiylə alınan ərazi universitetin deyil, məhz "İqtisadçı-2005” MTK-nın adına sənədləşdirilib. Yəni Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam bu MTK-nın adına alınıb. Şübhəsiz ki, bütün bunlar o zaman müəllimlərin ciddi narazılığına səbəb olsa da, aidiyyatı qurumlar onların səsinə səs vermədilər.
Ancaq Ədalət Muradov həm bu narazılığı, həm də ərazinin universitetin balansına qaytarmaq üçün bu dəfə də "İqtisadçı -2005” MTK-ya qarşı savaş açıb. Əlbəttə, məqsəd bu MTK-ının sərəncamında olan universitetin yaşayış binasının yerləşdiyi ərazini geri alaraq, öz nəzarətinə keçirməkdir”.
Mia.az-a məlumat verən şəxs deyir ki, Ədalət Muradov bu məqsədlə Bakı Şəhəır İcra Hakimiyyətini əsas cavabdeh şəxs qismində məhkəməyə verib:
"Ədalət Muradovun rəhbərlik etdiyi Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə Bakı şəhər İcra Hakimiyyətinə, 3-cü şəxs qismində isə "İqtisadçı-2005” MTK-ya qarşı iddia qaldırıb. İddia ərizəsində İcra Hakimiyyəti tərəfindən MTK-nın adına verilmiş sərəncamın qismən ləğv edilməsi, yəni binanın yerləşdiyi ərazinin MTK-nın balansından çıxarılması tələbi qoyulub. Ancaq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə bu iddiani rədd edib”.
Məlumata görə, universitet rəhbərliyi birinci məhkəmə instansiyasının qərarından şikayət verilib və iş Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub:
"Şikayət artıq hakim Kəmalə Abıyevanın sədrliyi ilə baxışa qəbul olunub. Proses sentyabrın 22-də, saat 10:40-da davam etdiriləcək”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bir neçə ay əvvəl Ə.Muradov Ş.Hacıyevə məxsus olan və rektorluğu dövründə universitetdəki tenderlərdə şəriksiz qalib elan edilən "Turan-2009” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı da 667 min 475 manat məbləğində iddia qaldıraraq, həmin pulun universitetə geri ödənilməsi tələbini qaldırıb.
Onu da qeyd edək ki, həmin MMC-nin rəsmi sənədlərdə təsisçisi Hacıyev Şəmsəddin Hümmət oğlunun həyat yoldaşı Hacıyeva Zemfira Əli qızıdır, direktoru isə qardaşı oğlu Hacıyev Cavid Fəxrəddin oğlu olub. Mühasibi isə yenə də sabiq rektorun yaxın qohumudur...
F.ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi