18-09-2016 [17:04]
Musavat Partiyası metronun "İnşaatçılar" stansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda "Yaşasın Respublika!" şüarı ilə mitinqə başlayıb.
Mitinqdə iştirak edən müxbirimiz bildirir ki, aksiyaya start verilib və hələlik heç bir problem yoxdur.
Tədbirdə Müsavat Partiyasının və ona yaxın olan qurumların üzvləri, ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirak edir.
Musavat Partiyasının başqan müavini Səxavət Soltanlı mitinqə aparıcılıq edib.
Musavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, keçmiş siyasi məhbus Yadigar Sadıqlı, vəkil Osman Kazımov və D18 hərəkatının lideri Ruslan İzzətli mitinqdə çıxış ediblər.
Mitinqə tanınmış ictimai-siyasi xadimlər, fəallar, İsgəndər Həmidov, Pənah Hüseyn və digərləri də qatılıblar.
Mitinqdə çıxış edən Müsavat başqanı Arif Hacılı bildirib ki, ölkədə ağır siyasi və iqtisadi durum müşahidə olunur. Ölkənin bu vəziyyətdən çıxarmaq üçün islahatlar keçirilməlidir. İslahatlarla həm siyasətdə, həm də iqtisadiyyatda monopoliyaya son qoyulmalıdır.
Müsavat başqanı diqqətə çatdırıb ki, partiya sentyabrın 24-də növbəti mitinq keçirməyi planlaşdırıb. Amma sonra məlum olub ki, sentyabrın 8-də Milli Şura eyni gündə aksiya təşkili üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Buna görə, Müsavat mitinq üçün müraciət etməyəcək. Çünki eyni ünvanda mitinq keçirilməsi üçün iki müraciətin olduğu əsas gətirilərək "yox" cavabı verilə bilər.
A.Hacılı müsavatçıları Milli Şuranın 24 sentyabra təyin olunan mitinqdə iştirak etməyə çağırıb.
Mitinqin sonunda aparıcı S.Soltanlı mitinqin qətnaməsini aksiya iştirakçılarının diqqətinə çatdırıb. O, iştirakçılardan xahiş edib ki, stadiondan kənarda şüarlar qışqırmasınlar. Çünki bu kənar müdaxilələr üçün şərait yarada bilər.
Mitinq Azərbaycanın dövlət himninin oxunması ilə başa çatıb.
Mia.az Musavat.com-a istinadən mitinqdən ilk fotoları təqdim edir.






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi