Bu nazirlər istefaya göndəriləcək?! - Referendumdan sonra islahat anonsu

img

18-09-2016 [15:01]


Sentyabrın 26-da keçiriləcək  Konstitusiyaya dəyişikliklərlə bağlı referendum bitdikdən sonra radikal kadr islahatları gözlənilir.  

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. 

Məlumata görə, ilk növbədə hökumətin iqtisadi blokuna daxil olan nazirlərin istefaya göndəriləcəyi gözlənilir: Bu sırada maliyyə naziri Samir Şərifovun, vergilər naziri Fazil Məmmədovun, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin adı gəlir.

Bundan başqa, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun da istefası gündəmdədir: Mərkəzi Bankın sədri nazirlərlərdən fərqli olaraq birbaşa təyin edilmir.

Mərkəzi Bankın sədrini prezidentin təqdimatı ilə Milli Məclis təyin edir. Ancaq bu ona toxunulmazlıq statusu vermir. Ölkədə kəskin devalvasiyanın əsas günahkarlarından biri də E.Rüstəmov hesab edilir. 

Məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarovun adı da qara siyahıdadır: Siyasi hakimiyyət "diplomat qiyamlarını" XİN başçısına bağışlamaq niyyətində deyil.

İlin sonuna qədər daha sürpiz istefaların şahidi ola bilərik: "Kadr dəyişikliyi kardinal şəkildə aparılacaq. Hakimiyyətin kadr islahatlarının əsas hədəfi oliqaxiyanın siyasi sistemdən kənarlaşdırılması və hakim komandanı texnokratlar hesabına yeniləməkdir. Bu baxımdan da hesab etmək olar ki, siyahıda indi proqnozlaşdırılması mümkün olmayan şəxslər də ola bilər". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA