İlham Əliyev Sabirabadda müşavirə keçirir

img

17-09-2016 [11:14]


Azərbaycan İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfər edib. 

Prezident Sabirabad şəhərinin mərkəzi meydanındakı Heydər Əliyevin abidəsini ziyarət edib. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib. Daha sonra İlham Əliyev Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub. Dövlət başçısı pambıqçılarla görüşüb, onlarla söhbət edib. 

Hazırda dövlət başçısının sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir. 

Prezident müşavirədə nitq söyləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA