General polkovniki çıxardı, Abid Şərifovun qohumuna yüksək vəzifə verdi

img

16-09-2016 [23:39]


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovniki Əli Əmirov tutduğu vəzifədən azad edilib.

Bu barədə Penitensiar Xidmətdəki mənbədən məlumat verilib.

Məlumata görə, Ə.Əmirov təxminən bir həftə bundan öncə vəzifəsindən azad olunub. Onun yerinə Baş nazirin müavini Abid Şərifovun yaxın qohumlarından biri təyin edilib.

Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov məlumatı təsdiqlədi. Ancaq M.Sadıqov faktı təsdiqləsə də, yeni rəisin kimliyi barədə məlumat verməkdən imtina edib(Gununsesi.info). 

Qeyd edək ki, bu ilin iyun ayından Penitensiar Xidmətə ədliyyə generalı Ceyhun Həsənov rəhbərlik edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA