16-09-2016 [21:01]
Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiyanın cilovlanması və milli valyutanın kəskin dalğalanmasının qarşısının alınması tədbirləri çərçivəsində uçot dərəcəsini sentyabrın 14-dən etibarən 9,5%-dən 15%-ə çatdırması ölkədə fəaliyyət göstərən kommersiya banklarının maliyyələşmə xərclərini artıracaq, xalis faiz gəlirlərini aşağı salacaq.
"Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hazırladığı növbəti hesabata görə, yüksək faiz mühiti istehlakçıların və şirkətlərin kreditödəmə qabiliyyətiyini aşağı salacaq, bankların aktivlərinin keyfiyyətini azaldacaq və ən önəmlisi, bankların yeni borc almaq imkanlarını məhdudlaşdıracaq.
Agentlik, Azərbaycan banklarının 2016-cı ili zərərlə başa vuracağını gözlədiyini bildirib.
"Moody’s” hesab edir ki, AMB manatın devalvasiyası və inflyasiyaya nəzarət səbəbindən uçot dərəcəsini 2015-ci ilin sonundakı 3%-dən hazırda 15%-ə yüksəldib. Manat bu il 5,5%, 2015-ci ildə isə təxminən 50% devalvasiya edilib. Neft qiymətlərinin azalması ölkədə dollara tələbi artırıb, nəticədə, üzən məzənnə rejimi tətbiq olunub. İnflyasiya 2016-cı ilin avqustun 1-nə 10,6% təşkil edib ki, keçən ilin analoji dövründə inflyasiya 3,8% olub.
Agentlik uçot dərəcsinin artırılmasının bankların maliyyələşmə xərclərini artıracağını, həmçinin AMB-nin banklara verdiyi kreditin maya dəyərini yüksəldəcəyini bildirib. "Moody’s” AMB-nin son bir il ərzində kommersiya banklarını maliyyələşdirməsini artırdığını və hazırda bank sisteminin öhdəliklərinin 20%-nin AMB kreditlərinin payına düşdüyünü qeyd edib.
Agentlik uçot dərəcəsinin artırılmasının istehlak kreditlərinin maya dəyərini artırmaqla bərabər, onlara olan tələbi azaldacağını vurğulayır. Həmçinin, kredit borcunu ödəmək qabiliyyətinin aşağı düşəcəyi qeyd olunur.
Bankların məcburi kapitallaşmanı artırması manat likvidliyinin azalması, zəif kredit tələbi və valyuta kreditləşməsində normativ məhdudiyyətlər ilin ilk 7 ayı ərzində bankların problemli kreditlərinin 23% azalmasına gətirib çıxarıb.
Bankların yüksək faizlə maliyyələşməsi və kreditləşmədə məhdud imkanlar yeni borcların alınmasını çətinləşdirəcək və nəticədə, bankların xalis faiz gəlirlərinin azalmasına səbəb olacaq. Belə ki, bankların verdiyi uzunmüddətli kreditlərlə müqayisədə maliyyələşmə faizləri daha tez dəyişməyə başlayıb. Bu da bankların gəlirlərinin azalmasına və nəticə etibarı ilə pisləşən əməliyyat mühitində bankların kredit xərclərini örtmək imkanında olmayacağını göstərir.
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi