Elmar Məmmədyarov italiyanın XiN bazçısıyla görüzdü

img

29-04-2010 [05:58]


İtaliyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov italyan həmkarı Franko Frattini ilə görüşüb. Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq səviyyəsindən məmnunluq bildirib, xüsusilə də iqtisadi sahədə əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıblar. Nazir F.Frattini ölkəsinin Azərbaycanın birinci ticarət tərəfdaşı olduğundan razılığını qeyd edərək, bunun gələcəkdə də davam edəcəyinə inandığını bildirib. Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə edilərkən nazir E.Məmmədyarov italiyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin nəticələri və danışıqlar prosesi barədə məlumat verib. Nazir E.Məmmədyarov Azərbaycanın münaqişənin həlli üçün yeniləşdirilmiş Madrid prinsiplərini qəbul etdiyini bildirib və münaqişənin həlli üçün bunun uyğun əsas olduğunu vurğulayıb. E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi həll edilmədən regionda sülh və sabitliyin mümkünsüzlüyünü həmkarının diqqətinə çatdırıb. O, münaqişənin həllinin regionda qarşılıqlı əməkdaşlıq və anlaşmaya, regionun çiçəklənməsinə şərait yaradacağını bildirib. Məsələyə münasibət bildirən italiyalı nazir F.Frattini Azərbaycanlı həmkarı ilə razı olduğunu və ölkəsinin hazırkı danışıqlar prosesini dəstəklədiyini qeyd edib. Enerji təhlükəsizliyi görüşdə əsas müzakirə mövzularından olub. Nazir F.Frattini Azərbaycanın Avropa enerji təhlükəsizliyində rolunu vurğulayıb. Nazir E.Məmmədyarov öz tərəfindən həmkarına regionda cari və perspektivdə olan enerji layihələri barədə məlumat verib. Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər, xüsusilə də regional məsələlər, Avropada təhlükəsizlik məsələləri müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA