16-09-2016 [13:58]
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təlim-təbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunan qanun pozuntusu faktları ilə əlaqədar 18 məktəb direktoru, 4 direktor müavini və 3 müəllim tutduqları vəzifədən azad edilib.
Təhsil İdarəsindən bildirilib ki, ötən tədris ili ərzində əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ümumilikdə 27 direktor və 39 direktor müavini, o cümlədən 63 müəllim intizam məsuliyyətinə cəlb olunub, 34 direktor xəbərdarlıq alıb.
BŞTİ-nin müvafiq əmri ilə 2 fevral – 26 may tarixlərində 16 ümumtəhsil müəssisəsində əhatəli inspeksiya aparılıb. Aparılan inspeksiya nəticəsində aşkar olunmuş qanun pozuntuları faktları ilə əlaqədar 13 məktəb direktoru, 1 direktor müavini tutduqları vəzifədən azad edilib, 1 məktəbin direktoru ilə bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə təqdimat Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə göndərilib. Eyni zamanda 2 məktəb direktoru və 27 direktor müavini intizam məsuliyyətinə cəlb edilib.
Ümumtəhsil müəssisələrində aparılmış araşdırmalar nəticəsində aşkar olunmuş hüquq pozuntularının aradan qaldırılması istiqamətində idarə tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
1 sentyabr 2015 – 1 sentyabr 2016-cı il tarixləri ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər görülüb. Hesabat ilində BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində müxtəlif məqsədlərlə pul yığımlarının aparılması, bayram və tətil ərəfələrində şagirdlərin, həmçinin yuxarı sinif şagirdlərinin davamiyyətinin kəskin zəifləməsi ilə bağlı məsələlərin ciddi nəzarətə götürülməsi və "Təhsil haqqında” qanunun, digər normativ aktların tələblərinin icrasına nəzarətin gücləndirilməsi məqsədilə məktəb rəhbərlərinə mütəmadi olaraq tapşırıqlar verilərək bu barədə müvafiq xəbərdarlıq məktubları göndərilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri ilə məktəblərdə neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparılır və təlimatlandırıcı tövsiyələr verilir. Yeni tədris ilində bu istiqamətdə fəaliyyəti davam etdiriləcək.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi