"SOCAR-ın səhmləri satışa çıxarıla bilər" - Prezidentin köməkçisi

img

16-09-2016 [12:27]


SOCAR-ın səhmləri satışa çıxarıla bilər. Bunu Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

"Bilirsiniz ki, dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırığı var. Dövlət müəssisələrinin gələcəkdə səhmlərinin müəyyən hissəsinin azad bazara çıxarılması baş tuta bilər. Lakin bunun üçün şirkətlərin görəcəyi bir çox işlər var ki, bunlardan əsası korporativ idarəetmə standartlarının tətbiqi, şəffaflığın artırılması, maliyyə açıqlığının təmin olunması. SOCAR bu gün bu standartlara cavab verir. Buna görə, bir gün SOCAR səhmlərinin müəyyən hissəsini satışa çıxara bilər. Lakin digər şirkətlər hələlik buna hazır deyil", - deyə o bildirib.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA