İlham Əliyev Qırğızıstanda səfərdədir

img

16-09-2016 [11:30]


Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının 25 illik yubiley sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekdə səfərdədir.

Dövlət başçısını "Manas" hava limanında baş nazir Sooronbay Jeenbekov qarşılayıb. İlham Əliyev Xarici işlər nazirləri səviyyəsində görüş başa çatdıqdan sonra günün ikinci yarısında dövlət iqamətgahı olan "Ala-Arça”da keçiriləcək toplantıya qatılacaq.

Qeyd edək ki, toplantıda Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan dövlət başçıları da iştirak edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA