Prezident İlham Əliyevdən sərəncam – Nazirlərə subsidiya ilə bağlı tapşırıq verildi

img

15-09-2016 [18:19]


Azərbaycan prezidenti İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən edilib.

Nazirlər Kabinetinə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA