TüRKSAM sədrinin Milli QHT Forumunda görüzü keçirildi

img

29-04-2010 [05:06]


Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyninin TÜRKSAM-ın sədri cənab Sinan Oğanla görüşü keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə Türk dünyası QHT Forumunun Bakıda keçirilməsi və eyni adda beynəlxalq qurumun yaradılması, həm regionun, həm də türk dünyasının ortaq problemlərinin həll olunması istiqamətində yeni imkanlar müzakirə edilib. Rauf Zeyni qeyd edib ki, Türk Dünyası QHT Forumunun məqsədi Türk dünyasının, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional təhlükəsizliyin və sabitliyin qorunub saxlanılması, həmçinin Dağlıq Qarabağ konfliktinin türk dünyası ictimai birliyi vasitəsilə həllinə çalışmaqdır. Türk dünyası üçün çox böyük əhəmiyyəti olan bu forumun keçirilməsinə beynəlxalq və ictimai əhəmiyyətinə görə çox aktual olması da görüş zamanı xüsusi vurğulanıb. Görüş zamanı Azərbaycanda və Türkiyədə vətəndaş cəmiyyətinin inkişafı məqsədilə memorandum hazırlanması və yaxın zamanlarda imzalanması qərara alındı. TÜRKSAM-ın sədri Milli QHT Forumunun fəaliyyəti ilə yaxından tanış olmuş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. Rauf Zeyni isə öz növbəsində TÜRKSAM-ın örnək təşkilat olduğunu xüsusi vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA