SOCAR prezidentindən benzin açıqlaması: "Qiyməti çox aşağıdır"

img

15-09-2016 [17:52]


"Azərbaycanda benzin çox ucuzdur".

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

O bildirib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb:

"Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir.

Zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyatlanıb, hökumətdən xahiş etdi və ölkəyə 30 min tona yaxın benzin gətirdi.

Bu, bizə zərərlə başa gəldi. Amma ölkədə benzinə olan tələbatı tam ödədik, əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu bizə bir neçə milyon manat ziyan vurub".

APA



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA