"Bayrağımızı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının..." - İlham Əliyev

img

15-09-2016 [16:59]


"Bizim gənclərimiz müstəqilliyimizi qoruyurlar. Bizim gənclərimiz bu ilin aprel ayında erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar. Şəhidlər vermişik. Ancaq bizim gənclərimiz bu ilin aprelində Azərbaycanın dövlət bayrağını Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsində qaldırıblar. Bu böyük parlaq qələbəni bizim gənc əsgər və zabitlərimiz qazanıblar, bütün xalq qazanıbdır, ordumuz qazanıbdır. Amma əsas özünü qabağa verən, şəhidlik zirvəsinə ucalan bizim gənclərimizdir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimindəki çıxışında deyib.

"Bizim gənclərimiz bayrağımızı Rio Olimpiya Oyunlarında qaldırıblar. Biz medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi qələbədir. Müsəlman aləmində birinciyik. Yenə də bunu gənclər edibdir.

Yəni, gənclərimiz bu gün ölkəmizin şöhrətini, qüdrətini yüksəklərə qaldırırlar. Biz fəxr edirik ki, belə gənclərimiz var və gənclərimiz gələcəkdə də bütün istiqamətlərdə belə fədakar, vətənpərvər və peşəkar olmalıdır”, - deyə, prezident fikirini yekunlaşdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA