“Azərbaycana gələn turistlər çox vaxt hotellərdə yer tapa bilmirlər” - Nazir

img

15-09-2016 [12:18]


"Azərbaycana gələn turistlər çox vaxt hotellərdə yer tapa bilmirlər. Bu, stimuldur. Ona görə də növbəti mərhələdə yeni hotellərin tikilməsi nəzərdə tutulur”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. 

Nazir bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunub: "Viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sisteminin təkmilləşdirilməsi sahəsində aparılan işlər müsbət nəticəsini verməkdədir. Hazırda biz hotellərdə yerlərin məhdudluğu ilə rastlaşırıq”.

report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA