15-09-2016 [11:59]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasında həkim nəzarətində saxlanılır.
Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.
Rəis müavini bildirib ki, A.Çovdarovun səhhəti normallaşıb və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının tibb sanitar hissəsində daimi həkim nəzarətindədir: "Akif Çovdarovun səhhətində problemlər həbsdə olan müddətdə baş verməyib. Onda əvvəldən xəstəliklər olub. Hazırda o, tibb sanitar hissəsində həkim nəzarətindədir".
A.Çovdarovun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməməsinə gəlincə, rəis müavini bildirib ki, hələlik buna ehtiyac yoxdur: "Tibb məntəqəsində onun müayinəsi üçün bütün şəraitlər var, ona görə də ehtiyac yoxdur".
İ.Qurbanov A.Çovdarovun müalicə olunması üçün Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslı kardioloq-həkimin olmaması ilə bağlı yayılan iddialara da münasibət bildirib:
"Bu məlumatlar əsassızdır. Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində ixtisaslaşmış kardioloq-həkim də var, lazım olan avadanlıqlar da. Yayılan məlumatların heç bir əsası yoxdur. Hətta Akif Çovdarovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində kardioqramma aparatları da var. A.Çovdarova lazımi səviyyədə müayinə xidməti göstərilir.
Akif Çovdarovun səhhəti o qədər də kritik deyil ki, onun Müalicə Müəssisəsinə köçürülməsinə qərar verilsin. Köçürülməyə ehtiyac olmadığı üçün o təcridxananın tibb-sanitar hissəsində saxlanılır. Akif Çovdarov həftədə bir dəfə kardioloq tərəfindən müayinə olunur, səhhəti nəzarətdə saxlanılır. Akif Çovdarovu müayinə etmək üçün Ədliyyə Nazirliyinin Hospitalının ixtisaslı kardioloq-həkimi, elmlər namizədi də həftədə bir dəfə təcridxanaya dəvət edilir, onu müayinə edir, təyinatlar verir. Hazırda da Akif Çovdarovun səhhəti normal, stabildir".
İ.Qurbanov bildirib ki, A.Çovdarovun aclıq aksiyası keçirməsi barədə onlarda rəsmi məlumat yoxdur.
Qeyd edək ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. A.Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə artırılıb.
A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.
Trend
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi