15-09-2016 [11:44]
Sentyabrın 12-də "18 il öncə aksiyada baş nazirin 1-ci müavini Abbas Abbasovun üç oğlu döyülübmüş” başlıqlı yazıya məqalədə adı çəkilən şəxsdən reaksiya gəlib.
Suraxanı RPİ-nin sabiq rəis müavini, hazırda təqaüddə olan polis polkovniki, müharibə veteranı Bayram İsmayılov musavat.com saytının redaksiyasına məktub göndərərək hadisənin yazıda göstərildiyi kimi yox, xeyli fərqli planda baş verdiyini bildirib.
B.İsmayılovun məktubu aşağıdakı kimidir:
"Sizin saytınızda yerləşdirilmiş 18 il öncə sabiq baş nazirin birinci müavini Abbas Abbasovun oğlunun keçirilən mitinq zamanı döyülməsi ilə əlaqədar məqaləni oxudum.
Yazılan məqalədə orada baş verənlər təhrif olunmuş formada verdiliyindən mən təkzib vermək qərarına gəldim.
Mən siyasətçi deyiləm, hüquqşünasam. O hadisə ilə bağlı həqiqət belə olmuşdur. 1998-ci ilin sentyabr ayının 12-də Suraxanı RPİ-nin şəxsi heyəti Səməd Vurgun bağı ətrafında keçiriləcək qanunsuz (icazəsiz – red) mitinqlə bağlı Səbail rayon ərazisinə təhkim olunmuş, əsasən Xaqani küçəsində ictimai asayişin qorunmasını təmin edirdik.
Bizim vəzifəmiz təhkim olunduğumuz ərazidə baş verən qanunsuz hərəkətlərin qarşısını almaq idi. Azadlıq prospektinin Səbail rayonunun ərazisinə düşən hissəsində və Nizami küçəsində Səbail rayon polis əməkdaşları xidmət aparırdı.
Azadlıq prospektinin Nizami küçəsi ilə kəsişdiyi yerdə vaqon-qərargah yerləşirdi. Səbail RPİ-nin bir zabiti, bir neçə polis nəfəri orada xidmət aparırdılar. Oraya avtoxuliqanlar və sairə içtimai qaydanı pozan şəxslər gətirilərək, müvafiq sənədləşdirilmələr aparılır, qanuni tədbirlər görülürdü. Günorta fasiləsindən sonra, təxminən saat 15-16 radələrində mən idarə rəisi ilə birlikdə Xaqani küçəsində dayanaraq aparılan xidmətə nəzarət edirdik.
Bu vaxt bizə məruzə edildi k, baş nazirin birinci müavini Abbas Abbasovun oğlu qərargaha gətirilib, onun tərəfindən nəsə edilib. Rəis mənə dedi ki, get, gör bizim polis nəfərləri ilə bağlı məsələ deyil ki.
Mən, təxminən dayandığımız yerdən 60-70 metr aralda olan vaqon-qərargaha gəldim. Orada Səbail RPI-nin bir polis əməkdaşı ilə 20-22 yaşlı cavan oğlanın mübahisə etdiyinin şahidi oldum. Polis işçisi həmin oğlanın qanunsuz hərəkət etdiyini, maşında səs-küy salaraq icazə olmayan yerdən keçdiyini deyirdi.
Həmin cavan oğlan isə onun kürəyinə dəyənək vurularaq incidildiyini, buna görə cavab verməli olacaqlarını deyirdi. Onun yanında dayanan 18-20 yaşlı arıq bir oğlan isə onun da atasının polis işcisi olduğunu dedi. Onun atasının Nadir Abbasov olduğunu biləndə (biz onunla 1990-cı illərdə DİN-in Baş Cinayət Axtarışı İdarəsində birlikdə işləmişdik, o peşəkər əməliyyat işcisi idi, əsl vətənpərvər insan olduğundan bizim aramızda çox səmimi dostluq münasibəti var idi)mən ona dedim: "Sənin atanla dostam, elə bir adamın oglu niyə bura düşsün”.
O isə cavab verməyərək başını aşağı saldı. Hər ikisi ilə lazımi profilaktik söhbətlər aparıldı və onlar buraxıldı. Polis əməkdaşı isə polis haqda qanuna uyğun hərəkət etdiyini desə də, ona çox ciddi irad tutuldu, ona getməsi deyildi (sonradan həmin polis əməkdaşı haqqında Səbail RPİ-də xidməti araşdırılma aparılaraq, cəzalandırıldı və bu haqda aidiyyyəti üzrə məlumat verildi).
Mən oradaykən mülki geyimli iki şəxs özlərini Milli Təhlükəsizlik Nazirliyinin Nəsimi rayon şöbəsinin əməkdaşları kimi təqdim edərək Abbasov Aydın haqda maraqlandılar və onların buraxıldığını eşidib getdilər. Bundan sonra mən yenə Xaqani küçəsinə, öz xidməti ərazimizə qayıtdım.
Təxminən yarım saat sonra polislər bizə baş nazirin birinci müavini Abbas Abasovun qərargaha yanına gələrək Səbail RPİ-nin rəisini çağırdığını dedilər. O, daha gərgin sahələrdə olduğundan, DİN-in, Baş İçtimai Təhlükəsizlik İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyindən heç kəs yaxında olmadığından Abbas müəllimin yanına mən gedəsi oldum.
Mən ora yaxınlaşaraq subordinasiya qaydalarına uyğun olaraq ona məruzə etdim. O, mühafizəçilərinin kənara çəkilmələri barədə göstəriş verdi və mənə dedi ki, niyə polis onun övladının kürəyinə dəyənəklə vurub. Eyni zamanda o, qeyd etdi ki, polisin nəinki onun oğlunu, ümumiyyətlə heç kəsi vurması qanuni sayıla bilməz.
Mən Abbas müəllimə dedim ki, xahiş edirəm, məni 5 dəqiqə dinləyin, sonra nə qərar istəsəniz, qəbul edərsiniz. Mən ona hadisə baş verərkən Xaqani küçəsində olduğumu, sonra olanlar haqqında eşidəndə müdaxilə etdiyimi və hər şeyi olduğu kimi qısaca danışdım. O, mənim Nadir müəllimlə vaxtilə bir yerdə işlədiyimi eşidəndə bir az sakitləşdi.
Sonra isə Səbail RPİ-in rəisinin həmin polis haqqında qanuni tədbir görüb ona məlumat verməsini tapşırdı. Biz onunla təxminən 20-25 dəqiqə söhbət etdik. Bu söhbətdə ikimizdən başqa üçüncü adam yox idi. O, məndə yüksək intellektə malik, soyuqqanlı, dahi öndər Heydər Əliyev siyasətinə sadiq bir dövlət xadimi təəssüratı yaratdı.
Abbas Abbasovun həmin gün guya mənə "dişinin dibindən çıxanı deməsi”nə gəlincə, bu, jurnalist təxəyyülünün məhsuludur. Axı Aydın Abbasov da bizim söhbətimizdə iştirak etməmişdi ki, onun sözü əsas götürülsün.
O hadisədə heç bir təxribat, heç bir təhqir olmamışdı. Sadəcə olaraq həmin günün gərginliyi zamanı hər bir adamın başına gələ biləcək hadisə Aydın Abbasovun gəncliyilə bağlı onun başına gəlmişdir.
Yuxarıda göstərdiyim kimi, sonradan həmin polis haqqında Səbail RPİ-də xidməti araşdırılma aparıldı və bu haqda aidiyyəti üzrə məlumat verildi”.
Qeyd edək ki, müxalifətin 18 il öncə keçirilimiş 12 sentyabr aksiyasının növbəti ildönümündə indiyəcən ictimaiyyətə məlum olmayan bu hadisəni xatırlayan A.Abbasov jurnalistə o zaman başına belə bir hadisə gəldiyini danışıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi