Milli Məclisin Sosial siyasət komitəsi nikah yazının artırılması və erkən nikah problemini müzakirə edib

img

29-04-2010 [03:01]


Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. İclasda ?ailə, qadın və uşaq problemləri?, ?sosial müdafiənin daha da gücləndirilməsi? və ?sığora-pensiya sistemi: reallıqlar və problemlər? mövzularında müzakirələr aparılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, komitənin sədri Hadi Rəcəbli bildirib ki, iclas ictimai dinləmələr xarakteri daşıyır. Onun sözlərinə görə, müzakirəyə çıxarılmış məsələlərlə bağlı cəmiyyətdən müxtəlif təkliflər gəlir. Ona görə də, müvafiq qanunlara dəyişiklərin edilməsi üçün ictimai müzakirələr zəruridir. İclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib. A.Sofiyeva Azərbaycanda erkən nikahların artma tendensiyasının müşahidə olunduğunu bildirib. Deputat qeyd edib ki, ötən il erkən nikaha daxil olma ondan əvvəlki illə müqayisədə 11 faiz artıb: ?Hətta 12-13 yaşında qızların nikaha daxil olması ilə bağlı valideynlər tərəfindən məcbur etmə faktları mövcuddur. Biz təklif edirik ki, qızlar üçün nikah yaşı 17-dən 18 yaşa qaldırılsın. Erkən ailə qurmalar bir sıra problemlər ortaya çıxarır. Eyni zamanda biz nikaha daxil olarkən sağlamlıq haqqında arayışın tələb olunmasını da qanuna daxil etməliyik?. Ədliyyə Nazirliynin idarə rəisi İlqar Məmmədov, Talassemiya Mərkəzinin rəhbəri Azər Kərimov, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və başqaları çıxış edərək zəruri məsələlərlə bağlı qanunvericilikdə müəyyən yeniliklərin edilməsinin vacibliyini vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA