"Fitch"dən Azərbaycanda valyuta qıtlığına reaksiya: "Hazırda vəziyyət kritik deyil"

img

15-09-2016 [10:45]


"Azərbaycanın valyuta böhranı şəraitinə daxil olması, onun iqtisadi vəziyyətini çətinləşdirsə də, hazırda vəziyyət kritik deyil".

Bunu "Fitch" beynəlxalq reytinq agentliyinin baş direktoru Pol Gembl (Paul Gamble) "Reuters" agentliyinə müsahibəsində bildirib. 

P.Gembl qeyd edib ki, Azərbaycan hökumətin sərəncamında olan irihəcmli xarici aktivlər kredit reytinqinin müəyyənləşdirilməsində rol oynayan vacib amildir.

"Fitch" rəhbəri əlavə edib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları 2016-cı ilin ilk yarısında 4,5% artaraq 35,1 mlrd. ABŞ dollarına çatıb. İnflyasiya ilə mübarizədə Azərbaycan Mərkəzi Bankı (AMB) keçən həftə uçot dərəcələrini 1,5 dəfə (9,5%-dən 15%-ə) artırıb. Bundan sonra kommersiya bankları valyuta qıtlığı səbəbindən valyuta satışına qoyduqları məhdudiyyəti ləğv edib. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA