14-09-2016 [17:13]
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması, eləcə də yeni inşa edilən infrastruktur obyektinin açılışı ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir müasir tədris avadanlıqları ilə təchiz edilmiş korpuslara, müxtəlif kafedralara və fənn kabinələrinə baxıb, yataqxana və digər inzibati binalarda olub, sonra isə məktəbin komandanlığı, müəllim-professor heyəti və kursantlarla görüşüb.
Silahlı Qüvvələrdə və xüsusən də hərbi təhsil müəssisələrində qısa müddətdə görülən işlərin sürətlə davam etdirildiyini vurğulayan Z.Həsənov maddi-tədris bazasının imkanlarından geniş istifadə etməklə səhra təlim məşqlərinə diqqət yetirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, hərbi məktəbləri bitirən gənc zabitlərimizin hərbi bilikləri və bacarıqları döyüş zamanı istənilən tapşırığı uğurla yerinə yetirməyə cavab verməlidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən bütün hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində tikinti-quruculuq işlərinin davamı olaraq məktəb ərazisində inşa edilən müasir tipli yeməkxana kompleksinin açılış mərasimi də keçirilib.
Zəruri avadanlıqlarla təchiz edilmiş yeməkxanaya baş çəkən Müdafiə nazirinə məruzə olunub ki, şəxsi heyətin milli xörəklərdən ibarət keyfiyyətli qida ilə təmin olunması üçün burada hər cür şərait yaradılıb. Kursantların ilboyu təzə və yüksək kalorili tərəvəzlə qidalanması məqsədilə yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məhsulları birbaşa hərbi məktəbin anbarlarına çatdırılır. Yeməkxana binasında çörək və şirniyyat sexləri, ərzaq və əşya anbarları, qazanxana, digər xidməti otaqlar inşa edilib, işıqlandırma, havalandırma və istilik sistemi quraşdırılıb, ətraf ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.
Açılış mərasimindən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
Görüşün sonunda Müdafiə naziri gələcək zabit kadrların hazırlıq səviyyəsinin artırılması, nizam-intizamın və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi istiqamətində məktəbin rəhbərliyinə müvafiq tapşırıq və tövsiyələrini verib.














Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi