Ziya Məmmədov ölkəyə gətirilən yeni avtobusları prezidentə təqdim edib

img

29-04-2010 [01:44]


Bakı şəhərində sərnişin daşımanın beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində daha bir addım atıldı. Paytaxta müasir tələblərə cavab verən 500 ədəd avtobus gətirilib. Nəqliyyat Nazirliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, prezident İlham Əliyevin iştirak etdiyi təqdimetmə mərasimində Nəqliyyat naziri Ziya Məmmədov ölkə başçısına məlumat verərək bildirib ki, Koreyanın ?DAEWOO? şirkəti ilə bağlanmış müqaviləyə əsasən, BS 090 seriyalı, 24+1 yerli avtobusların ümumi sərnişin tutumu 75 nəfərdir. Sərnişin avtobuslarının texniki göstəriciləri və eləcə də 325, 137, 309 saylı şəhərdaxili avtobus marşrutlarının sxemi barədə də dövlət başçısına ətraflı məlumat verilib. Yeni gətirilən ?MAZ? avtobusları barədə də Prezidentə məlumat veriliərək bildirilib ki, bu avtobusların oturacaqlarının sayı 33, ümumi sərnişin tutumu isə 170 nəfərdir. Daha sonra Azərbaycan Respublikasının Prezidenti sərnişin avtobuslarının salonundakı şəraitlə tanış olub və Bakı şəhərinin yol-nəqliyyat sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA