13-09-2016 [18:12]
Bu gün sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında mübahisəni əks etdirən video yayılıb. Videoda yol polisi əməkdaşının 99 YP 166 dövlət nömrə nişanlı DYP avtomobilinə mindirdiyi sürücü ilə mübahisə etdiyi əksini tapır.
Mübahisə zamanı sürücü maşının qapısını bağlamağa imkan vermir. Bu zaman polis qəflətən sürücüyə hücum çəkir və camaatın gözü qarşısında sürücüyə fiziki güc tətbiq etməyə başlayır. Video kadrlarda da bu açıq-aşkar görülür.
Avtosfer.az apardığı araşdırma zamanı məlum olub ki, hadisə gecə saatlarında Sumqayıt şəhərində baş verib. Sürücü ilə mübahisə edən polis əməkdaşı isə serjant Rauf Bəşirovdur.
Əməkdaşımız həmin inspektorla əlaqə saxlayaraq hadisə ilə bağlı məlumat alıb. DYP əməkdaşı bildirib ki, həmin sürücü avtomobili sərxoş halda idarə etdiyi üçün saxlanılıb. Saxlanılan zaman müqavimət göstərən sürücü müayinəyə getməkdən imtina edib:
«Mən onu maşına mindirib tibbi müayinəyə apararkən patrul avtomobilinin qapısını bağlamağa imkan vermirdi. Sonra əlində parıldayan şübhəli əşya gördüm. Həmin əşyanı ülgücə oxşatdım. Buna görə də, onu tutub əlindəki əşyanı almağa çalışdım. Sonra məlum oldu ki, əlindəki alışqan imiş. Hadisə yerinə yığılanlar isə bu görüntələri sosial şəbəkələrdə yayaraq guya mənim sürücünü döydüyümü bildirirlər. Lakin belə bir şey olmadı. Baş verənləri şişirdirlər. Mən sürücünü döyməmişəm. Sadəcə təcrübədən də görmüşük ki, bəzən belə intizamsız sürücülər özlərinə xəsarət yetirirlər. Mən də onun əlindəki əşyanı görəndə ehtiyat üçün əlindən almağa çalışdım».
İnspektor bildirib ki, artıq sürücü tibbi müayinədən keçirilib və onun orta dərəcəli sərxoşluq vəziyyəti müəyyənləşdirilib. Sürücü 1970-ci təvəllüdlü Nikxoy Telman Bəyaz oğludur. Bildirilir ki, onun Sumqayıtda kriminal dünyanın adamları ilə sıx əlaqələri var. Polisə tabe olmaq istəməməsi də bununla bağlı olub.
Telman Nikxoy idarə etdiyi "Skoda” markalı, 99 BK 194 dövlət nömrə nişanlı avtomobillə təhlükəli manevrlər etdiyi üçün inspektor tərəfindən saxlanılıb. Artıq onun barəsində inzibati protokol tərtib olunub və toplanmış materiallar aidiyyatı üzrə göndərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi