13-09-2016 [15:08]
ATƏT həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin qaytarılmasını nəzərdə tutduğu barədə qeydləri, deyəsən, Ermənistanı əməlli başlı qarışdırıb.
Xatırladaq ki, Uorlik Rusiyanın İnterfax agentliyinə verdiyi müsahibədə bu cümlələri işlətmişdi: "Nizamlanma Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Bu nizamlanmanın şərtləri idi, lakin yeganə şərti deyildi. Qaçqınların qayıtması, beynəlxalq sülhməramlı qüvvələrin iştirakı da var. Bütün bu elementlər sülh yolu ilə nizamlanmanın şərtləridir və onların hamısı məlumdur. Bizə bütün bu şərtlərin birləşdirilməsi üsulunu tapmaq və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün tərəflərlə işləmək lazımdır, bundan qazanan region əhalisi olacaq".
Mia.az xəbər verir ki, Musavat.com Ceyms Uorlikin müsahibəsində ermənilərə xoş gəlməyən başqa maraqlı məqamlara da diqqəti çəkib.
Belə ki, Uorlik açıqlamasında Dağlıq Qarabağda qalib və məğlubların olmaması gərəkliliyi barədə Rusiya prezidenti Vladimir Putinin söylədiklərini yenidən təkrar edib:
"Bizim üçün ən idealı olanı qaliblərin və məğlubların olmamasıdır. Bu sülh hər iki tərəf üçün sərfəli olmalıdır. Bir çox məsələlər üzrə danışıqlar aparan bir adam kimi deyə bilərəm ki, müzakirələr bir tərəf kompromisə getmədən və nələrisə qurban vermədən uğurlu alına bilməz. Danışıqlar o vaxt uğurlu olacaq ki, bundan həm Azərbaycanın, həm də Ermənistanın əhalisi qazanacaq. Bu region dinc və təhlükəsizlikdə yaşamağa layiqdir”.
Qeyd olunur ki, Uorlikin bu sözləri ən qatı qərbpərəst erməni analitiklərinin də xoşuna gəlməyib. Çünki onların fikrincə, bu münaqişənin yalnız bir mütləq qalibi vardır və o "qalib”in nəinki Qarabağ, hətta ətraf rayonları belə ilhaq etməyə haqqı çatır.
Uorlikin müsahibəsində diqqət çəkən digər xüsus onun azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasının vacibliyini qeyd etməsidir:
"Azərbaycanlılar və ermənilərin bir yerdə dinc və mehriban şəraitdə yaşadığı dövrlərdən çox keçməyib. İnid həmin zamanlar artıq arxada qalıb. Təəssüf ki, azərbaycanlıların və ermənilərin yeni nəsilləri bir-birlərini tanımırlar. Onlar bir-birləri haqqında yalnız KİV və xəbərlərdən məlumat ala bilirlər. Biz insanlar arasında kontaktın qurulmasına tərəfdarıq. Münaqişənin dinc yolla nizamlanması üçün azərbaycanlılarla ermənilərin bir yerdə yaşamasını istərdik”, – deyə, amerikalı həmsədr bildirib.
Erməniləri də dilxor edən bu cümlələr olub. Çünki Uorlik məhz bu cümlələrin arxasınca ərazilərin qaytarılması müqabilində Dağlıq Qarabağa status verilməsi məsələsindən danışıb.
Yəni Azərbaycanın tərkibində status alan Dağlıq Qarabağın erməni əhalisi azərbaycanlılarla bir yerdə yaşaya bilər.
"Mən inanıram ki, həm Azərbaycanda, həm də Ermənistanda buna hazır olan insanlar çoxdur”, – deyə, Uorlik öz sözlərini qüvvətləndirib.
Uorlik Rusiyanın münaqişənin nizamlanmasındakı rolunu olduqca məhsuldar və pozitiv hesab edib. Ceyms Uorlik Azərbaycanın Rusiya və İranla regional əməkdaşlıq çərçvəsində həyata keçridiyi diplomatiyasına da təbii yanaşdığını söyləyib.
Hər halda ATƏT-in amerikalı həmsədrindən bu cür ifadələrin duyulması Ermənistan diplomatiyası üçün soyuq duş təsiri bağışlayır.
Çünki bu sözlər aprel döyüşlərindən sonra Rusiyanın Ermənistana xəyanət etdiyini və satdığını söyləyən erməni icmalçılarının güvəndiyi daha bir dağa qar yağması anlamına gəlir. Bu Azərbaycanın xarici siyasəti üçün də önəmli gəlişmə hesab edilə bilər.
Uorlikin açıqlamaları ilə bağlı erməni tərəfdən narahat dolu reaksiya özünü çox gözlətməyib.

Qondarma "DQR”in "prezidenti”nin mətbuat katibi David Babayan statusun öz-özlüyündə qondarma qurumun təhlükəsizliyi üçün təminat ola bilməyəcəyini söyləyib.
David Babayan qeyd edib ki, ərazilər məsələsi daima Azərbaycan tərəfindən qaldırıldığı üçün həmsədrlər istər-istəməz onu gündəmə salmağa məcbur olurlar:"Lakin bu o demək deyildir ki, bu cür yanaşma üsulu bizim üçün məqbuldur” (Babayan "biz” deyərkən tərəf olaraq qəbul edilməyən qondarma respublikanı nəzərdə tutur-red.).
"Dağlıq Qarabağ Respublikası xalqı üçün (Dağlıq Qarabağın erməni icması üçün-red.) təhlükəsizliyin təmini ən vacib məsələdir. Heç bir status Azərbaycanın "Zəngəzurdan İrəvana qədər bütün torpaqları azad edəcəyi” barədə bəyanatlarından əl çəkmədiyi müddətcə, təhlükəsizliyimizə qarantiya verə bilməz”.
"Bundan başqa ərazilərin qaytarılması müqabilində statusun verilməsi Azərbaycanın tərkibində muxtariyyatı da nəzərdə tuta bilər…" – deyə, separatçı quldur narahatlığını gizlətməyib.
Məsələ ilə bağlı Azərbaycan tərəfinin hələlik reaksiyası yoxdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi