6179 müəllim respublikanın ucqar kənd məktəblərinə göndərilib

img

29-04-2010 [01:05]


"Kadr təminatı sahəsində 2005-2009-cu illəri əhatə edən Proqram başa çatdırılmış, ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilmişdir. Beləliklə, ucqar kənd məktəblərində kadra olan kəskin ehtiyac ödənilmişdir". Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri YAP-ın rəsmi saytına müsahibəsində təhsil nazirinin müavini İsgəndər İsgəndərov deyib. Nazir müavini bildirib ki, Respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanıb, Bakı şəhərində müəllimlərin işə qəbulu elektron vasitələr əsasında, ikimərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilib: "Pedaqoji kadr təminatı sahəsində ölkənin ümumtəhsil məktəblərində kadr təminatı vəziyyətinin monitorinqinin aparılması, nəticələrin təhlili və təkliflərin hazırlanması, beynəlxalq təcrübə nəzərə alınmaqla ölkə səviyyəsində müəllimlərin işə qəbulu sahəsində elektron vasitələr tətbiq edilməklə yeni mexanizmlərin tətbiqi, hazırda işləyən müəllimlərin və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə mexanizmin hazırlanıb tətbiq edilməsi əsas prioritetlər kimi müəyyənləşdirilmişdir. Modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasını, proqramların akkreditasiyasını, stimullaşdırıcı vasitələrin tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni ixtisasartırma təhsili modeli hazırlanmışdır. Əlavə təhsil sahəsində modul-kredit sisteminə əsaslanan ixtisasartırma təhsilinin tətbiqi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ixtisasartırma proqramlarının akkreditasiyasını aparmaq üçün Təhsil Nazirliyinin nəzdində Akkreditasiya Şurasının yaradılması, 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək müəllimlərin yeni model üzrə ixtisasartırmadan keçirilməsinin təmin edilməsi, ixtisasartırma təhsili sistemi üçün monitorinq və dəyərləndirmə mexanizminin hazırlanması, xidmətlərin təklifi sahəsində rəqabət mühitinin yaradılması, ixtisasartıma təhsilində məcburilik prinsipinin təmin edilməsi, eyni zamanda təhsilalanlar üçün stimullaşdırıcı tədbirlərin nəzərdə tutulması mexanizmlərinin hazırlanması, ali təhsil müəssisələrinin professor-müəllim heyətinin ixtisasının artırılması üzrə yeni mexanizmin yaradılması kimi məsələlər təxirəsalınmaz vəzifələr kimi müəyyənləşdirilmişdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA