13-09-2016 [14:29]
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov Qarabağ ətrafında cərəyan edən proseslərdən, rəsmi Bakının Rusiya və Qərb seçimi qarşısında qalmasından, habelə qarşıdakı referendum gözləntilərindən bəhs edən müsahibə verib.
Mia.az Musavat.com-a istinadən həmin müsahibəni oxuculara təqdim edir:
– Ayaz müəllim, məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsini bundan sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan tutacaq. Bu, Azərbaycana qarşı təhlükə riskini artırırmı?
– Yox, nigarançılığa əsas yoxdur. Ermənistan nümayəndəsi özbaşına deyil. Böyük dövlətlərin rəyi olmasa, o adam kimdir ki? Əksinə, son zamanlar Azərbaycanın yürütdüyü xarici siyasət onu deməyə əsas verir ki, müəyyən dəyişikliklərin şahidi ola bilərik.
– Yəni Sizə görə hələlik hərbi əməliyyatların zamanı deyil?
– Amma Sərkisyanın "canımı verərəm, Qarabağı vermərəm” bəyanatından sonra danışıq aparmağın mənası qalırmı?
– Bu yaxınlarda Qarabağdakı separatçı qurumun 25 illiyini qeyd etdilər. Üstəlik, separatçı Abxaziya rejimi də Xankəndində nümayəndəlik açıb. Bu kimi addımlar davamlı xarakter ala, adiləşə bilərmi?
– Bilirsiniz, biz gərək öz işlərimizlə ciddi məşğul olaq, öz problemlərimizi həll edək. Müharibə aparmaq çox ciddi və ağır məsələdir. İqtisadiyyatımızda da problemlər az deyil. Hələlik müharibə olmaz. Amma qorxuya əsas yoxdur.
– Mən düşünürəm ki, bu məsələnin həllində tələskənliyə yol vermək olmaz. Proseslər öz-özünə gedir. Allahın hökmü ilə qələbə bizim tərəfimizdədir.
– Moskvanın Azərbaycanı öz orbitində görmək istədiyi məlumdur. Rəsmi Bakı mövcud situasiyada necə davranmalıdır ki, ciddi təhlükələrlə üzləşməsin?
– Sizcə, Azərbaycan daha çox hansı tərəfə meyl etməlidir?
– Açığı, bu saat Azərbaycanda Rusiyanın mövqeyi daha güclüdür, nəinki bir neçə il bundan qabaq. Buna ayıq gözlə yanaşmaq lazımdır. Yoxsul əhalidə belə fikir çoxdan yaranıb ki, Rusiya bazarı bizə lazımdır. Bizim Rusiya ilə 600 km ümumi sərhədimiz var. Əgər şimal tərəfdən yollar bağlansa, cənubdan da bir əngəl törədən olsa, onda biz boğula bilərik. İqtisadi nöqteyi-nəzərdən biz Rusiya ticarət məkanını əldən buraxmamalıyıq. Bunun əsasında da müvafiq siyasətimizi yürütməliyik. ABŞ-ın özü indi Rusiya ilə çox gözəl əməkdaşlıq edir. İngiltərə, başqa dövlətlərin nəhəng bazarlarda marağı var, biz niyə bazarımızı itirməliyik?
– Hələ Qorbaçov zamanından bizim doğrudan da Rusiyadan, Moskvadan inciməyə əsasımız olub. Çünki ozamankı Moskvanın hərəkətlərini siyasət də adlandıra bilmərəm. Qorbaçovun hərəkətləri siyasətəbənzər bir şey deyildi, avaraçılıq idi. Deməli, emosiya bir tərəfdə, real, praqmatik məsələlər digər tərəfdə idi. Reallıqda sovet Moskvası ilə də hesablaşmalı idik, postsovet Moskvası ilə də hesablaşmalıyıq. Bundan heç cür qaçmaq mümkün deyil. Rusiya nəsə deyə bilər. Amma deməliyik ki, mənim milli maraqlarım var, mən bunları realizə edəcəyəm. Mənim addımlarım harada sənə təhlükə yaratsa, oturaq, danışaq. Demək ki, "Moskva bizim düşmənimizdir”, "Ayaz Mütəllibov Moskvaya bağlanıb”, bu cür söhbətlər Azərbaycanla bağlı lazım olmayan təəssüratlar yaradırdı. Bu məsələlər həmişə Rusiyanın özünün diqqət mərkəzindədir, səfirlikdə vəziyyəti izləyirlər, müəyyən sənədlər hazırlayıb Moskvaya göndərirlər.
Ona görə də burada ehtiyatlı olmaq lazımdır. Mənə sual verirlər ki, Ayaz müəllim, sizcə, Moskva Azərbaycandan nə istəyir? Deyirəm, Moskvanın Azərbaycandan bir istəyi var. Moskva istəyir ki, Azərbaycandan ona bir xəta gəlməsin. Rusiya bundan başqa Azərbaycandan heç nə istəmir. Əksinə, Azərbaycan Rusiyadan istəməlidir.
– Ayaz müəllim, Rusiyanın Qarabağı azad edəcəyi barədə məlumatlara şübhə ilə yanaşanların sayı kifayət qədər çoxdur. Siz təcrübədən çıxış edib bu barədə nə deyə bilərsiniz?
– Rusiyanın Qarabağ siyasəti ilə bağlı fikrinizi demədiniz…
– Rusiya Qarabağ məsələsini həll etməlidir və edəcək. O zaman ki, danışıqlar əsasında müzakirə olunan təkliflər razılaşdırılsın. Yəni həm Rusiyanı, həm də Azərbaycanı qane etsin.
– Yəni Rusiya hətta Şuşa daxil olmaqla, bütün ərazilər geri qaytarılmasına qərar verə bilər?
-Ayaz müəllim, sizinlə söhbətimiz referendum ərəfəsinə təsadüf edir. Ümumxalq səsverməsinə çıxarılacaq müddəalar, prezidentlik zamanının artırılmasına, vitse-prezidentlik institutunun yaradılmasına münasibətiniz necədir?
– Referendumdan sonra hansı addımların atılmasını istərdiniz?
– Ciddi iqtisadi-siyasi islahatların aparılması zəruridir. Həmçinin hökumətdə dəyişikliklər olmalıdır. Çünki bu, olmasa, islahatlar yarımçıq olar. Təki olsun. Vaxt gələr ki, biz də demokratik ölkədə yaşadığımızı dünyaya nümayiş etdirərik. İndinin özündə çox diqqətli olmalıyıq.
– Sabiq prezidentlərdən həyatda olan yeganə şəxssiniz. İqtidar və müxalifətə sözünüz, çağırışınız varmı?
– Daxildəki dedi-qoduya qoşulmamalıyıq, birliyi təmin etməliyik. Səmimi deyirəm, kim hardandır, regionçuluq, tanış-tunuş məsələləri aradan götürülməlidir. Azərbaycanda yeni səhifə açmalıyıq. Onda bütün dünya bizə inanacaq. Azərbaycanda həmrəylik, barış yeganə çıxış yoludur. Başqa cür olmaz. Allah eləməsin! Müxalifət meydana çıxacaq, o halda hakimiyyət də öz növbəsində tədbirlər görəcək və qalmaqal yaranacaq. Bu da bizə lazım deyil. Bu qarışıqların olmasında kiminsə həvəsi var, elə Qərbin özündə də. Amma elə etməliyik ki, bizə qarşı heç nədən istifadə olunmasın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi