12-09-2016 [18:01]
"1998-ci ilin məlum 12 sentyabr hadisələrində polislər tərəfindən fiziki təzyiqlərə məruz qalmağımız, döyülməyimiz barədə bu gün sosial şəbəkələrdə gedən müzakirələrdə yazılanlar, deyilənlər doğrudur".
Bunu sabiq millət vəkili, sabiq baş nazir müavini Abbas Abbasovun oğlu Aydın Abbasov bildirib. Onun sözlərinə görə, həmin vaxt Azərbaycanda prezident seçkiləri olduğu və atası A.Abbasov seçkilərlə bağlı Gəncəyə təhkim edildiyi üçün ata yurdları olan Gəncəyə gediblərmiş.
"O vaxt biz də gənc idik, 20-22 yaşlarımız vardı, nəsə özümüzü göstərmək, sözümüzü demək istəyirdik… Həmin vaxt atam seçkilərlə bağlı Gəncəyə təhkim olunmuşdu, iş qrafiki çox gərgin idi, hər gün görüşlərdə olurdu… Biz də 3 qardaş atamızla birgə tədbirlərə gedib-gəlirdik, iştirak edirdik, dediyim kimi, istəyirdik ki, dövlətimiz üçün nəsə edək… Ayın 12-si axşam da Bakıda ailəmizə çox yaxın olan adamlardan birinin toyu idi, toyda iştirak etmək üçün yenidən 3 qardaş Bakıya qayıdası olduq. Mənim evim Nizami küçəsində yerləşirdi, onun arxa tərəfi Xaqani küçəsidir. Biz 3 qardaş saçımızı düzəltdirmək üçün bərbərdən çıxıb evə qayırdıq…
Müxalifətin aksiyası ilə bağlı (sonradan bildik ki, nə məsələdir) yollar bağlı olduğu üçün də evə "Hökumət evi" tərəfindən gəlmək, "protiv" dönmək məcburiyyətində qaldıq. Elə yenicə maşından düşmüşdük ki, bizi polislər dövrəyə aldılar, çaş-baş qalmışdıq, nə baş verdiyini anlamaqda çətinlik çəkirdik, polislər də bizi döyməkdə, təhqir etməkdə davam edirdi… Biz onlara heç nəyi anlada, başa sala bilmirdik, yəni, nə qədər desək də ki, bizim mitinqlə, mitinqçilərlə-filanla heç bir əlaqəmiz yoxdur, filankəsik, filan yerdən gəlirik, onlar sanki başa düşmürdülər, başa düşmək istəmirdilər.
Hətta, Bayram adlı bir nəfər polis polkovnik-leytenantı vardı, bizə yaxınlaşdı və biz də sevindik ki, ona vəziyyəti başa sala biləcəyik. Ancaq o, "biz Abbas Abbasovun uşaqlarıyıq" demişdik ki, bizi təhqir etməyə başladı, bizi "təxribatla" məşğul olmaqda "günahlandırdı" və bizim polis maşınına əyləşdirilməyimizi əmr etdi. Atamınsa baş verənlərdən xəbəri yoxuydu. Ancaq sonradan atama xəbər çatdırılıbmış ki, bəs bizi döyüblər, atam da az qala dəli olubmuş ki, bizim mitinqlə nə əlaqəmiz var. Yəni, bunu eşidən kimi, atam bir neçə nəfərlə dərhal hadisə baş verən məkana gəldi, bizdən nə baş vediyi, nə üçün belə bir vəziyyətlə üzləşməyimizlə maraqlandı, biz də vəziyyəti olduğu kimi ona danışdıq. O da həmin polislərə-xüsusilə, polis adına yaraşmayan Bayram adlı polis işçisinə dişinin dibindən çıxanı dedi və bildirdi ki, əslində siz bizə qarşı təxribat edirsiniz, bizim ailənin adını hallandırmaq istəyirsiniz.
O vaxt həmin hadisə belə olmuşdu. Yəni, insan döyülər də, tənqid olunar da, amma heç vaxt kişliyini itirməz, əqdəsini dəyişməz. Şəxsən biz, bizim ailə hər zaman Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin və ölkə rəhbərinin yanında olmuşuq, Ölkə rəhbərliyinin siyasətini dəstəkləmişik və bundan sonra da dəstkləyəcəyik. Buna kimsənin şübhəsi olmasın"-deyə, A. Abbasov daha sonra sözlərinə əlavə edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi