"Hazırda heç bir istefa istefa gündəmdə deyil" - Çingiz Abdullayev

img

10-09-2016 [22:37]


"Neftçi"nin Müşahidə Şurası və klubun səhmdarları arasında görüş olub.

Bu barədə Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib. Onun sözlərinə görə, bir neçə saat davam etmiş iclasda komandanın hazırkı durumu müzakirə olunub. 

Ç.Abdullayev bildirib ki, "Neftçi"də nə Müşahidə Şurası, nə də baş məşqçi postunda istefa olub: "Hazırda heç bir istefa istefa gündəmdə deyil. Bu gün futbolçularla da görüş olub. Vəli Qasımovun səhhətində problemin olduğunu bizə gecə saat 3 radələrində dedilər. Hazırda xəstəxanadadır. Onun da istefası gündəmdə deyil. Sadəcə, komandanın iş sistemində dəyişikliklər olacaq".

Qeyd edək ki, Müşahidə Şurasının sədri istisna olmaqla, bütün üzvlərinin, habelə baş məşqçi Vəli Qasımovun istefaya göndərildiyinə dair xəbərlər yayılıb.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA