“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb

img

06-04-2026 [18:58]


“Azercell Telekom” MMC-nin fevral ayında elan etdiyi “Tələbə Təqaüdü Proqramı”nın qalibləri müəyyənləşib. Proqram Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq həyata keçirilib və STEM istiqamətləri üzrə təhsil alan gənclərin dəstəklənməsinə yönəlib.

Mia.az xəbər verir ki, bu il proqrama ümumilikdə 1500-dən çox müraciət daxil olub.

Müraciətlərin ilkin qiymətləndirilməsi, namizədlərin bilik və bacarıqlarının yoxlanılması, həmçinin analitik düşünmə qabiliyyətini ölçən mərhələli seçim prosesi nəticəsində 15 tələbə “Azercell”in təqaüdünə layiq görülüb. Qaliblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, ADA Universiteti, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti kimi ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar.

“Azercell” nümayəndələri proqram qalibləri ilə görüş keçirərək onları bu nailiyyət münasibətilə təbrik edib, xüsusi sertifikatlarla mükafatlandırıblar. Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, şirkətin fəaliyyət istiqamətləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim olunub.

Qeyd edək ki, “Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nı 2007-ci ildən həyata keçirir. Bu günədək şirkət ümumilikdə 300-dən çox tələbəni təqaüdlə təmin edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA