Avropa Liqası: "Qəbələ" “Anderlext”ə böyük hesabla uduzdu

img

15-09-2016 [22:50]


Avropa Liqasının qrup mərhələsi çərçivəsində çıxış edən Azərbaycanın digər komandası "Qəbələ" bu gün Belçikada "Anderlext”lə qarşılaşıb.

Mia.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl bitən oyunda komandamız 14-cü dəqiqədə məğlub duruma düşüb. Teodorşuk hesabı açıb. Ancaq bu qoldan cəmi 6 dəqiqə sonra  "Qəbələ" Dabonun qolu ilə oyundakı hesaba tarazlıq gətirib. 41-ci dəqiqədə isə komandamızın oyunçusu Rafael Santos avtoqola imza atıb - 2:1.

Oyunun 78-ci dəqiqəsində isə Diaqo Kapel ev sahiblərinin qələbəsini möhkəmləndirən son qolu da vurub - 3:1.

"Qəbələ"nin təmsil olunduğu qrupun digər oyunu isə "Maynz"la Fransanın "St.Etyen" komandaları arasında baş tutub və oyun 1-1 bitib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA