10-09-2016 [21:58]
Bildiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyəti likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Mia.az xəbər verir ki, Mərkəzi Bankın (MB) bu qərarını iqtisadçı ekspert Məhəmməd Talıblı şərh edib.
Onun sözlərinə görə, Mərkəzi Bank bu addımla bir neçə ay ərzində uçot dərəcəsini 5 dəfədən çox artırmış oldu:
"Demək, MB digər üsullarla kredit tələbini təmin etmək əvəzinə, yalnız uçot dərəcəsini yüksəltməklə tələbi aşağı salmaq yolun seçir.
Bilirsiniz ki, banklarda kredit təklifi xeyli azalıb, ancaq limitlərlə kredit verən banklar qalıb. Şərtlər bankların xeyrinə ağırlaşıb. Kredit tələbi artıb, bankların isə kredit təklifi məhdudlaşıb. Bu qeyri-müəyyənlik isə banklarla bağlı ajiotajın əsas səbəblərindəndir.
Nəzəriyyədən məlumdur ki, tənzimləyici monetar qurum (yəni MB) uçot dərəcələrini artırmaqla, kreditə tələbi azaltmaq, bankların isə əmanət yığımlarını artırmaq məqsədini güdür. Ancaq hesab edirəm ki, MB-ın belə "bahalı” pul siyasəti bankların maliyyə imkanlarını çətinləşdirəcək. Yəni bank kreditlərinə tələbi aşağı salacaq.
Onu da nəzərə alaq ki, bazar iştirakçılarının kredit resurslarını əldə etmək imkanları çətinləşəndə, bu eyni zamanda mal və xidmətlərin istehsalı tempini də aşağı düşməyə başlayacaq".
Ekspertin sözlərinə görə, bankların daxili ehtiyatları tükənir, xarici öhdəlikləri icra etmək çətinləşir:
"Verilən kreditlərin geriyə dönüşündə ciddi problemlər yaranır. Başqa sözlə, problemli kreditlərin toplam kredit portfelində xüsusi çəkisi artır. Belə bir vəziyyətdə bank ehtiyatlarının 65-70%-i kreditləşmə hesabına həyata keçirən bankların kreditlərsiz fəaliyyətini necə həyata keçirəcəkləri çox müəmmalıdır. Təkrar edirəm, MB-ın son qərarı isə kredit təklifini azaltmaq məqsədilə edilir. O zaman bankların imkanlarının artırılmasının alternativləri düzgün müəyyənləşməlidir".
İqtisadçı onu da qeyd edib ki, valyuta bazarında psixoloji təzyiqləri də unutmaq olmaz. Çünki valyuta bazarında dollar qıtlığı və manat artıqlığı açıq hiss olunur:
"Dollar tələbinin artması, eyni zamanda, bazarın yaratdığı ajiotajı da stimullaşdırır. Dollar kanalının daralması, dollarla yığıma həvəsi psixoloji olaraq gücləndirir.
Bütün bunları nəzərə alanda isə, əslində, MB bankların resursla təminatına nail olmalıdır ki, həmin kredit resurslarının dövriyyə sürəti daha da artsın. Həmin sürəti artırmaqla, daha çox dəyər formalaşdırmaq mümkün olacaq. Əksi olacağı halda, kredit çatışmazlığı artıq iqtisadi dinamizm yox, süstlük, onun ardınca isə tənəzzül gətirmiş olacaq".
F.ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi