10-09-2016 [21:37]
Ukraynada daha 5 azərbaycanlı iş adamı naməlum şəxslər tərəfindən qaçırılaraq girov götürülüb. Sonradan iki nəfər pul müqabilində buraxılıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, girovluqda qalan iş adamları qurumun Kiyevdəki fəalları Sakit Hacıyev, Elvar İsgəndərov və Dnepropetrovskdə yaşayan diaspor fəalı, iş adamı Vitali Şirinovdur.
Ukraynada yaşayan azərbaycanlıların narahatlığı nəzərə alınaraq BUAK Kiyevdə təcili toplantı keçirib.
Tədbirdə son 2 ildə Ukraynada azərbaycanlıların mütəmadi oğurlanması, qətli və obyektlərinə hücumların kütləvi hal almasının ciddi narahatlıq doğurduğu vurğulanıb. Qeyd olunub ki, son vaxtlar ölkənin müxtəlif şəhərlərində 12 azərbaycanlı iş adamına məxsus böyük restoranlar hücuma məruz qalaraq yandırılıb, 6 bahalı avtomobil qaçırılıb. Ukraynada yaşayan azərbaycanlılar bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin binası qarşısında kütləvi etiraz aksiyası keçirməyi qərara alıblar.
Sentyabrın 14-də saat 12-dən 13-dək keçiriləcək aksiyada Ukraynanın əksər şəhərlərdən azərbaycanlıların iştirak edəcəyi gözlənilir.
Tədbirdə Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov bildirib ki, artıq son 2 ildə Ukraynada 20-dən çox azərbaycanlının oğurlanması, qətli və azərbaycanlı iş adamlarının obyektlərinə hücumların kütləvi hal almasının ciddi narahatlıq doğurur.
O, 2014-cü ilin may ayında Konqresin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevə qarşı sui-qəsdi, Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin öldürülməsini və digər mətbuata məlum baş verən cinayətləri sadalayaraq yeni faktları açıqlayıb: "Kiyevdə iş adamı Xıdır Məmmədov evinə gedərkən naməlum şəxslər tərəfindən oğurlanaraq müqabilində pul alınmaqla buraxılıb. Xersonda Ələkbərov Təbriz adlı azərbaycanlı iş adamı oğurlanaraq eyni qaydada buraxılıb. Ukraynadakı diaspor fəallarına qarşı təhdidlər var. Diaspor hərəkatına maliyyə dəstəyi verən soydaşlarımız hədəfə götürülüb. Son 2 ildə Kiyev, Odessa, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdə bir-birinin ardınca azərbaycanlı iş adamlarına məxsus 12 restoran yandırılıb. Ukraynanın əksər şəhərlərində azərbaycanlı iş adamlarına qarşı inzibati qaydada əsassız təzyiqlər edilir. Buna görə Azərbaycan diasporuna maddi dəstək verən soydaşlarımızın əksəriyyəti müflis olub”.
A. Gülməmmədov həmçinin qeyd edib ki, Ukraynanın sərhəd-keçid məntəqələrində azərbaycanlılardan əsassız viza tələb olunması halları var.
Tədbirdə Ukraynanın xalq artisti Qurban Abbasov, fəallar və digərləri çıxış ediblər.
Soydaşlarımız Azərbaycanın Kiyevdəki səfirliyinin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayevin biganə münasibətindən gileyləniblər.
Məsələ ilə bağlı A. Mustafayevdən münasibət öyrənməyə çalışsaq da, bu, mümkün olmayıb.
APA.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi