Həbsdə doğulan uşaq ölübmüş - Açıqlama

img

10-09-2016 [11:05]


Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən Mahnurə Hüseynova istintaq təcridxanasında uşaq dünyaya gətirdiyini, lakin uşağın yoxa çıxdığını bildirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bununla bağlı araşdırma aparıb.

Mia.az xəbər verir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş Hüseynova Mahnurə Heydərəli qızı Bakı İstintaq təcridxanasında saxlanılan zaman hamiləliyi ilə əlaqədar olaraq doğum evinə göndərilib: "Doğum evində o, qeysəriyyə əməliyyatı edilib və qız övladı dünyaya gəlib. Həmin uşaq yarımçıq doğulduğundan xüsusi aparatda saxlanılıb, anaya və uşağa lazimi tibbi yardım göstərilib. Ancaq bir gün sonra uşaq ölüb. Ölüm faktı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədləşmə işləri aparılıb. M. Hüseynova müalicə kursu keçdikdən sonra təcridxanaya qaytarılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA