Natiq Cəfərli azadlıqda - Foto

img

09-09-2016 [20:00]


"Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.

Bu barədə vəkil Cavad Cavadlı bildirib.

O qeyd edib ki, Nəsimi rayon məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib.

N. Cəfərli özü isə APA-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin təqdimatı əsasında verildiyini qeyd edib: "Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”.

Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA