Elmar Məmmədyarova əlavə səlahiyyət verildi - Prezident fərmanı

img

09-09-2016 [19:48]


Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. 

Mia.az xəbər verir ki, dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 4.7-2-ci və 4.7-3-cü bəndlər əlavə edilir:

"4.7-2. həmin Qanunun 7.3-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir;

4.7-3. həmin Qanunun 7.3-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin ölkədaxili siyahısına münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin beynəlxalq siyahısına münasibətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA