09-09-2016 [17:34]
"Türkmənistan qazını Azərbaycana gətirmək, yaxud onu tranzit şəkildə Azərbaycan ərazisi üzərindən Avropaya nəql etmək bu gün olduqca tam realdır".
Bunu müsahibəsində energetika naziri Natiq Əliyev deyib.
"Mən sizi əmin edirəm ki, bu məsələdə heç bir texniki problem yoxdur. Biz bunu asanlıqla həyata keçirə bilərik. Qaz kəmərlərini tikmişik, yataqları da birləşdirmişik. Dəfələrlə bu məsələ bizim türkmənistanlı həmkarlarımızla müzakirə olunub. Soruşa bilərsiniz ki, bəs problem nədədir?
Problem ondadır ki, Türkmənistan tərəfi heç bir qərar qəbul etməyib. Türkmənistanın vaxtilə Rusiya ilə olduqca yaxşı münasibətləri var idi, onlar öz qazını Rusiyaya satırdı. Lakin sonradan siyasi və iqtisadi səbəblərdən onlardan Asiya bazarları ilə işləməyə başladı. Türkmənistan tərəfi Avropa İttifaqı rəsmilərinə dəfələrlə bildirib ki, Avropaya 30 milyard kubmetr qaz nəql etməyə hazırdır. Türkmənistan tərəfi deyir ki, biz qazı çatdırırıq Xəzərin o birini tayına, yəni Azərbaycana, oradan isə özünüz aparın Avropaya. Bu yanaşma ciddi deyil. Danışıqlar bu şəkildə aparılmamalıdır. Belə yanaşmadan sonra təkcə məndə 100 dənə əlavə sual yaranır. Başqa sözlə, əvvəlcə bu cür layihələrin icrasında siyasi iradə, konkret fikir olmalıdır.
Mənim yadımdadır ki, Günter Ottinger mənimlə görüşündə sevinə-sevinə dedi ki, mən Türkmənistan tərəfinin razılığını almışam, vəssalam, Türkmənistan qazını Avropaya çatdıracağıq. 20 ildir bu işlə məşğul olan bir adam kimi mən də dedim ki, eyforiyaya qapılmaq lazım deyil, onların indiyədək bir sazişin altında imzası yoxdur. Hər bir işdə praqmatizm olmalıdır", – deyə nazir qeyd edib.
"Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Almaniya kansleri Angela Merkellə görüşündə səsləndirdiyi bəyanata da çox ümid bəsləmək lazım deyil?" sualına isə nazir bu cür cavab verib:
"Həmin bəyanatda deyilirdi ki, Türkmənistan tərəfi qazını Avropaya nəql etməyə hazırdır. Yenə deyirəm, bu cür açıqlamaları biz çox eşitmişik. Danışıqlar masası arxasında hər şeyi konkretləşdirmək, bir "yol xəritəsi" hazırlamaq lazımdır.
Mən Türkmənistan prezidenti ilə şəxsən bu məsələni müzakirə etmişik. O bildirdi ki, Türkmənistan tərəfi Azərbaycana 10 milyard kubmetr qaz nəql etməyə hazırdır. Çox gözəl! Söhbət balaca həcmdən getmir. Ancaq onlar Transxəzər kəmərini bu cür görür: biz qaz veririk, ancaq kimsə kəməri tiksin. Azərbaycan?
Şəxsən bir nazir kimi mən buna razı deyiləm. Avropa İttifaqı? Onlar da bunu edə bilmir, çünki siyasi qurumdur. Avropa İttifaqıbundan maraqlıdırsa, deməli, öz şirkətləri bunu müzakirə etməlidir. Bundan sonrakı proseduru siz bilirsiniz".
Qeyd edək ki, müsahibənin tam mətni bir qədər sonra saytımızda dərc olunacaq.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi