Misir Mərdanov kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılızında iztirak edib

img

28-04-2010 [05:43]


Bu gün ?Cresent-Beach? otelində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd edib ki, Beynəlxalq Mendeleyev Olimpiadası Azərbaycanda ikinci dəfədir kiö keçirilir: ?Bu sayca 44-cü olimpiadadır və Azərbaycanda 2-ci dəfədir keçirilir. Olimpiadada Azərbaycan da daxil olmaqla 14 ölkədən, o cümlədən, Bolqarıstan , Ukrayana, Belarus, Özbəkistan, Moldova və Qırğızıstandan ümumilikdə 87 şagird və onların 21 nəfər rəhbəri iştirak edəcək. Beynəlxalq Mendeleyev Olimpiadasının keçirilməsi üçün Azərbaycan höküməti tərəfindən 220 750 manat vəsait ayrılıb. Olimpiadanın təşkili məqsədilə Təşkilat Komitəsi yaradılıb. Komitənin tərkibinə Təhsil Nazirliyinin rəhbər işçiləri, şöbə müdirləri , universitet rektorları , M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşları daxil olub?. M.Mərdanov bildirib ki, artıq məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının Münsiflər Heyəti təstiq olunub. Münsiflər heyətinin tərkibi bir sıra ölkələrdən olan və müxtəlif tədris müəssisələrində çalışan görkəmli kimyaçı alimlərdən , orta məktəbdə kimya fənnini tədris edən müəllimlərdən ibarətdir. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA