İcra başçısı iki məzuna divar saatı hədiyyə edib - Ağsuda gülüş doğuran hərəkət

img

09-09-2016 [16:05]


Ağsu rayonun icra başçısı bu il qəbul imtahanlarında yüksək nəticə göstərən iki məzunla görüşüb.

Rayondakı mənbələrdən Mia.az-a verilən məlumata görə, görüşdə məzunlar və iştirakçılar icra başçısından qiymətli hədiyyələr və pul mükafatı gözləsələr də, icra başçısı 600 balı keçən hər iki məzuna ucuz divar saatı hədiyyə edib. Bu isə rayonda yeni məsxərə mövzusuna çevrilib.

Qeyd edək ki, bu rayonun icra başçısı Ənvər Seyidəliyev nazir Səlim Müslümovun qohumudur. Elə məhz nazir Səlimova görə də ona etimad göstərildiyi də sirr deyil.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA