Şəhid ailələrinə yeni güzəşt - Bu qurumlarda təhsil haqqından azaddırlar

img

09-09-2016 [16:00]


Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunurlar.

Bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 3-cü (Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları) maddəsinə əlavə edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən, dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvlərini təhsil haqqını ödəməkdən azad olunurlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA